DYP bacı-qardaşın qəzada ölməsi ilə bağlı ÇAĞIRIŞ ETDİ - FOTOLAR

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Lənkəran rayonunda məktəbli bacı-qardaşın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı müraciət edib.
İdarədən Avtosfer.az-a verilən məlumatda bildirilib ki, bu faciə bir daha göstərir ki, yol hərəkəti qaydalarına əməl olunmaması ən ağır nəticələrə gətirib çıxarır:
"Bir daha bütün sürücülərin diqqətinə çatdırırıq ki, yollarda — xüsusilə yaşayış məntəqələrində, məktəb və bağça ərazilərində hərəkət zamanı sürət həddi qanunvericiliyin tələblərinə uyğun seçilməli, məsuliyyətli davranılmalıdır.
Piyadalara da xatırladılır ki, yalnız təyin olunmuş keçidlərdən istifadə etməli, hərəkətə başlamazdan əvvəl ətrafı diqqətlə müşahidə etməli və sürücülər üçün gözlənilməz vəziyyət yaratmamalıdırlar.
Valideynlərdən xahiş olunur ki, uşaqların məktəbə gediş-gəlişlərini daim diqqətdə saxlasınlar, azyaşlı uşaqları yollarda nəzarətsiz qoymasınlar.
Hər bir hərəkət iştirakçısı anlamalıdır ki, qaydalara əməl etməmək yalnız qanunun pozulması deyil, eyni zamanda insan həyatına birbaşa təhlükə yaratmaq deməkdir.
Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, həm sürücülərin, həm də piyadaların məsuliyyətli davranışı yol-nəqliyyat hadisələrinin qarşısını almağın və insanların həyatını qorumağın əsas yoludur".
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO














