DYP dəhşətli qəza ilə bağlı məlumat yaydı

Baş Dövlət Yol Polisi İdarəsi iyulun 11-də baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Avtosfer.az idarənin saytına istinadən xəbər verir ki, 11 iyul 2016-cı il tarixdə saat 10:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 95,2-ci km-də 1983-cü il təvəllüdlü Balakən rayon sakini Quliyev Hacı Cangir oğlunun Bakı şəhəri istioqamətində idarə etdiyi “BMW-323” markalı, 90-HR-095 dövlət qeydiyyat nişanlı avtomobillə 1987-ci il təvəllüdlü Qobustan rayon sakini Süleymanov Süleyman Kamran oğlunun idarə etdiyi “Kamaz-65115” markalı, 01-BO-203 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub. Qəza nəticəsində “BMW-323” markalı avtomobildə olan sərnişinlər - Bakı şəhər sakinləri, 1959-cu il təvəllüdlü Rzayeva Sevil Abbas qızı, 1965-ci il təvəllüdlü Rzayeva Rəsmiyyə Abbas qızı, 1994-cü ci il təvəllüdlü Həsənov Müşfiq Mehman oğlu hadisə yerində ölüblər, həmin avtomobildə olan digər sərnişin 1985-ci il təvəllüdlü Quliyeva Ülkər Cahangir qızı və sürücü H.Quliyev Qobustan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsalar da Ü.Quliyevanın həyatını xilas etmək mümkün olmayıb.
Fidan
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO










