Əhmədlidə motosiklet maşınla toqquşdu, sürücüsü xəsarət aldı - VİDEO
Qəzalar
14 Avqust 2025 17:00
Oxunub 864

Paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 13-də günorta saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 77-UX-479 dövlət nömrə nişanlı “Toyota” markalı maşın motosikletlə toqquşub. İddialara əsasən qəzaya səbəb manevr qaydasının pozulması olub. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib, moto sürücü ayağından xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














