Qusarda yol qəzası olub, ölən var
Qəzalar
1 Sentyabr 2022 23:30
Oxunub 2388

Qusar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Report-un xəbərinə görə, hadisə Qələcuq kəndində qeydə alınıb.
Quba rayon Dəlləkli kənd sakini Qədirov Baxodir Mamat oğluna məxsus “Opel” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı ağaclara çırpılıb.
Qəza zamanı B.Qədirov ölüb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













