Banner

Əks yola çıxan sürücü qəza törədib qaçdı - VİDEO

Qəzalar 7 Yanvar 2021 14:45 Oxunub 1734
Əks yola çıxan sürücü qəza törədib qaçdı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı-Sumqayıt yolunda əks istiqamətə çıxan sürücü qəza törədərək hadisə yerindən yayınıb. Bu barədə sürücülərdən biri Avtosfer.az-a müraciət edib: “Yanvarın 6-ı Bakı-Sumqayıt yolu ilə hərəkət edən zaman qarşı zolağa çıxan 50-DT-682 qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü mənim avtomobilimi vuraraq hadisə yerindən yayındı. Mən, geriyə hərəkət edərək onun avtomobilinin qırlımış yan güzgüsünü sübut kimi götürüb saxlamışam. Dövlət Yol Polisi əməkdaşlarından xahiş edirəm ki, həmin sürücü tapılsın və məsuliyyətə cəlb edilsin.”

Sözügedən videogörüntünü təqdim edirik:

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh