Ekskavatorla qatar dəmiryolu keçidində toqquşdu - VİDEO
Qəzalar
20 Mart 2023 10:00
Oxunub 850

ABŞ-ın Rinqhold şəhərində maraqlı qəza baş verib.
Avtosfer.az-ın xəbərinə görə, ekskavator daşıyan yük avtomobili dəmiryolu keçidində relsə ilişərək dayanıb. Şlaqbaum endirildiyi üçün sürücü yolu tam keçə bilmətib. Lakin qatarın yaxınlaşdığını gördükdə o, yedəyi avtomobildən ayıraraq kənara çəkilib.
Yük qatarı tam sürətlə qoşqunun üzərindəki ekskavatora çırpılıb. Zərbənin gücündən ekskavator və qoşqu yararsız vəziyyətə düşüb, lokomotivin qabaq hissəsi zədələnib. Sürücü və avtomobil isə qəzadan salamat çıxıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













