Ekspert Aktau faciəsində pilotların insanların həyatını necə xilas etməsindən danışdı

"Qazaxıstanda qəzaya uğrayan "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin "Embraer 190" təyyarəsinin pilotlarının peşəkarlığı təqdirəlayiqdir, onlar nəticənin mümkün qədər az itki ilə olması üçün hər şeyi ediblər".
Avtosfer.az-ın zakon.kz-a istinadla verdiyi məlumata görə, bunu mülki aviasiya üzrə qazaxıstanlı ekspert Abul Kekilbayev Aktauda faciəli qəza ilə bağlı şərhində deyib.
Ekspert qəzaya uğrayan təyyarənin ekipajına hörmətini ifadə edib və pilotların yaşayış məntəqəsi ilə toqquşmadan qaçmağa çalışdıqlarına diqqət çəkib.
"Pilot suya enmək niyyətində olmayıb, çünki Aktau hava limanına enməyi planlaşdırıb. Hava gəmisi komandirinin qərarı bizdə aviasiyada müzakirə olunmur. Biz pilotun seçdiyi istiqamətdə uğurlu uçuşu həyata keçirməsinə kömək etmək üçün mümkün olan hər şeyi edirik. O, sadəcə düz düşə bilərdi, amma pilot maksimum dərəcədə eniş planlaşdırmağa çalışıb. Bu, çox sayda insanın həyatını xilas edib. Əgər düz düşsəydi, orada hamı həlak olardı.
Videogörüntülərə əsasən, pilotlar təyyarəni düzəltməyə və təhlükəsiz eniş etməyə çalışıblar. Onların peşəkarlığı təqdirəlayiqdir, baxmayaraq ki, bu barədə az danışırlar", - deyə ekspert vurğulayıb.
(oxu.az)
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB












