Əlcəzairdə 25 nəfərin öldüyü qəzanın təfərrüatı açıqlandı

Əlcəzairdə baş verən və 25 nəfərin ölümü ilə nəticələnən avtobus qəzasının sürücüsünün narkotik maddələr qəbul etdiyi müəyyənləşdirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə faciənin baş verdiyi Bumərdes vilayətinin prokurorluğu "Facebook" səhifəsində məlumat yayıb.
"Aparılan analizlərin nəticələri 33 yaşlı, hadisə nəticəsində həyatını itirən sürücü Usama Zibin müxtəlif növ narkotik maddələr qəbul etdiyini göstərib. Bundan əlavə, onun geyiminə baxış zamanı iki ədəd psixotrop dərman həbi aşkarlanıb", - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, azı 25 nəfərin öldüyü, 44 nəfərin yaralandığı faciə iyulun 31-də baş verib. Həmin vaxt avtobusun dərəyə aşdığı bildirilmişdi.
Axtarış-xilasetmə işlərinə üç xilasetmə avtomobili və 11 təcili tibbi yardım maşını cəlb olunub. Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdiriliblər.
Ucarda ard-arda iki “Chevrolet” qəzaya düşdü - VİDEO
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO
İki rayonda piyadaları maşın vurub öldürdü - ANBAAN VİDEO
Qoyun daşıyan yük maşını yolun ortasına aşdı - VİDEO
Əhməd Rəcəblidə AĞIR QƏZA: Avtomobillərə ciddi ziyan dəydi - VİDEO
Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu - VİDEO
Naxçıvanda qəza: 6 nəfər xəsarət alıb - FOTO
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO












