Əlcəzairdə təyyarə qəzası - 4 nəfər öldü

Əlcəzairin Cicel şəhərində meşə yanğınlarını izləyən kiçik mülki müdafiə təyyarəsi qəza keçirib.
Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, Ferhat Abbas hava limanı yaxınlığında baş verən hadisədə 4 nəfər, o cümlədən biri xarici vətəndaş, həlak olub.
Yerli mənbələrdən alınan məlumata görə, təyyarə havaya qalxdıqdan cəmi 1 dəqiqə sonra Çiceldən təxminən 15 kilometr şərqdə yerləşən Ferhat Abbas hava limanını əhatə edən hasara çırpılıb.
Qəzada Mülki Müdafiə Hava Bölməsinin komandiri polkovnik Rıdvan Berci, kursant pilot Süheyb Qalayi, uçuş təlimatçısı və "Hava Traktor" şirkətinin pilotu həyatını itirib. Təyyarə Sekikda şəhərindəki yanğınları izləmək üçün havaya qalxıb.
Əlcəzair bu yay meşə yanğınları ilə mübarizə üçün 15-dən çox təyyarə və helikopter ayırmışdı.(manset.az)
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












