"Elə bil bomba partlamışdı" - Zabratdakı ağır qəzanın VİDEOSU

Yüksək sürətlə hərəkət edən VAZ-2107 markalı avtomobil işıqforun yaşıl işığında yolu keçmək istəyən digər nəqliyyat vasitəsi ilə toqquşub. Zərbənin gücündən avtomobil aşıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib, bir neçə nəfər isə xəsarət alıb. Avtosfer.az xəbər verir ki, hadisə ötən gecə paytaxtın Zabrat qəsəbəsində baş verib. Ərazidə yaşayan sakinlərin sözlərinə görə, qəzanın başlıca səbəbi yüksək sürət olub. Qəzanın şahidlərindən biri "elə bil bomba partlamışdı" - deyib. Tibb mərkəzində zəruri tibbi xidmətlər göstərilən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. 2 nəfərin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir və vəziyyətlərinin ağır olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Kürdəmirdə ağır qəza: "Audi" dörd piyadanı vurdu - FOTO
Gəncədə “07” "Hyundai"la toqquşdu – 3 nəfər xəsarət aldı – ANBAAN VİDEO
Yandan əsən külək avtomobili belə aşırdı – REAL VİDEO
Motosikleti səkiyə vuran 18 yaşlı sürücü öldü - FOTO
"Neftçi" futbol klubunun məşqçisinin maşınını vurub qaçan SÜRÜCÜ TAPILDI - VİDEO
Lənkəranda zəncirvari qəza - Xəsarət alanlar var - FOTOLAR
Lüks avtomobil məktəbli avtobusunun altına girdi – Sürücü yüngül yaralandı - VİDEO
Beyləqanda “Prado”ya çırpılan “VAZ” tanınmaz hala düşdü - VİDEO
Sumqayıtda zəncirvari qəza - Üç avtomobil toqquşdu - VİDEO
"Neftçi" futbol klubunun məşqçisinin maşınını vurub qaçdılar - 90-KC-160 - FOTO
Masallıda yük maşınıyla toqquşan “VAZ” əzik-əzik oldu - VİDEO









