Ələt-Astara magistralında ağır yol qəzası baş verdi- FOTO

Lənkəranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, saat 06:00 radələrində Ələt-Astara magistralının rayonun Liman şəhəri ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. Lənkəran rayon sakini Nail İbrahimovun idarə etdiyi “Kamaz” markalı yük maşını ilə Ələt istiqamətində hərəkətdə olarkən Astara istiqamətində hərəkət edən şəhər sakini Vaqif Şahverdiyevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə toqquşub.
Güclü zərbədən “Mercedes” deformasiyaya uğrayıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri və təcili yardım briqadası cəlb olunub.
Xilasedicilər xüsusi alət və avadanlıqların köməyi ilə minik avtomobilində sıxılıb qalmış sürücünü və onun yanındakı sərnişini, Lənkəran sakini 79 yaşlı Qılman Əliyevi çıxararaq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəsarət alan hər iki şəxs travmatologiya şöbəsində müalicə alır. Qılman Əliyevin vəziyyəti orta ağır olaraq qalır.
İlkin versiya kimi “Kamaz”ın “Mercedes”in hərəkət yoluna çıxması və qəza şəraiti yaratması göstərilir. Hadisənin baş verməsinin dəqiq səbəblərini Baş Dövlət Yol Polisinin apardığı araşdırmalar ortaya çıxaracaq.
Aeroport yolunda “Opel”lə marşrut avtobusu toqquşdu - VİDEO
Paytaxtda ağır qəza: Üç avtomobil toqquşdu - VİDEO
Bərdədə zəncirvari qəza: Dörd nəfər xəsarət aldı - FOTO
Gürcüstanda içində turistlərin olduğu avtobus qayadan aşdı: Ölənlər var - FOTO
Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...
Tunelin çıxışında zəncirvari qəza: Üç avtomobil bir-birinə çırpıldı - VİDEO
12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış - VİDEO
İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb: Yaralılar var - YENİLƏNİB
Yevlaxda dəhşətli qəza: İki nəfər öldü, üç nəfər yaralandı - VİDEO
Ələt-Astara yolunda qəza olub: Üç nəfər xəsarət alıb
Mingəçevir-Xaldan yolunda arxa təkərləri qopan avtomobil dirəyə çırpıldı - VİDEO










