Ələt-Astara yolunda ağır qəza: ölənlərin sayı 4-ə çatdı - FOTO - VİDEO

Səhər saatlarında Ələt-Astara yolunun Bakının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş vermiş ağır yol qəzasında xəsarət almış şəxslərdən daha bir ölüb. "Report"un xəbərinə görə, Abdullayev Azad Vəli oğlu Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında dünyasını dəyişib. Bununla da qəzada ölənlərin sayı dördə çatıb. Yaralılardan Qəhrəmanova Aqilə Canhəsən qızı da həmin xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
***
Səhər saatlarında Ələt-Astara yolunun Bakının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş vermiş ağır yol qəzasında ölən 3 nəfərin və yaralananlardan ikisinin şəxsiyyəti müəyyənləşib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu, 1982-ci il təvəllüdlü Qəhrəmanov Şahid Əbdülhüseyn oğlu və 1947-ci il təvəllüdlü Xudaverdiyev Ramiz Ağahüseyn oğlu qəza nəticəsində ölüb. Həmçinin qəza nəticəsində yaralanan 4 nəfərdən ikisinin adı məlum olub. Bunlar Qəhrəmanova Aqilə Canhəsən qızı və Əliyev Zaurdur. Yaralılardan birincisi Qaradağ xəstəxanasına, ikincisi isə 1 saylı Mərkəzi Klinik Xəstəxanaya yerləşdiirilib. Digər iki yaralının xəsarətləri yüngüldür. Onların adı hələ ki məlum deyil.
***06:04
Səhər saatlarında Ələt-Astara yolunun Bakının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş vermiş ağır yol qəzasında ölən 3 nəfərdən 2-sinin şəxsiyyəti müəyyənləşib. Bunlar 1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu və 1982-ci il təvəllüdlü Qəhrəmanov Şahid Əbdülhüseyn oğludur.
***05:01
Bakının Qaradağ rayonu ərazisində 3 nəfərin ölümü, 4 nəfərin isə yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Ələt-Astara magistral yolunun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza üç avtomobilin toqquşması nəticəsində baş verib. Yol ilə hərəkətdə olan "Kamaz" markalı qoşqulu yük maşınının sürücüsü yuxulayaraq öndə gedən digər "Kamaz"a, ən sonda gələn “Mercedes” markalı mikroavtobus isə qoşqulu yük maşınına arxadan çırpılıb. Mikroavtobusun sürücüsü Elturan Fərəcov bildirib ki, nəqliyyat vasitəsində onunla birgə ümumilikdə 9 nəfər olub: "Sərnişinlərdən 3-ü ölüb. 4 nəfər, həmçinin bir qadın və onun övladı ağır vəziyyətdə Ələt qəsəbəsindəki xəstəxanaya aparılıb. Avtobusdakıların hamısı qohum idi, Dağıstan Respublikasının Xasavyurt şəhərinə işləməyə gedirdilər. Mənimlə yanaşı daha bir kişi sərnşin xəsarətsiz ötüşüb. Onların hamısı Astaradandır". Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Dağlıq yolda dərəyə aşan maşının sürücüsü ÖLDÜ - VİDEO
Abşeronda FACİƏ: Azyaşlını motosiklet vurub öldürdü
Yasamalda zəncirvari qəza: Xəsarət alan var - VİDEO - YENİLƏNİB
Hövsanda sərnişin avtobusu ilə "Changan"ın toqquşmasına dair AÇIQLAMA - VİDEO
Ağdamda maşınla üç bacını və 4 yaşlı uşağı vurdu - YENİLƏNİB
Bakıda "Mercedes"lə BYD-nin toqquşmasının ANBAAN VİDEOSU
Türkiyədə zəncirvari qəza - Ölənlər və yaralananlar var - FOTO
Gənclər mağistralda avtoxuliqanlıq etdi - “Lada Granta” qəzaya düşdü - VİDEO
Ölkənin danışdığı motosiklet qəzasının arxasındakı əsas SƏBƏB
Bakıda əks yola çıxan skuter sürücüsü avtomobillə toqquşdu - REAL VİDEO
Göyçayda iki avtomobil toqquşaraq yararsız vəziyyətə düşdü - VİDEO






















