Ələt-Astara yolundakı ağır qəzada ölənlərin sayı 5 nəfərə çatıb - FOTO + VİDEO

İyulun 13-də Ələt-Astara yolunun Bakının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş vermiş ağır yol qəzası nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, qəza zamanı xəsarət alaraq 1 saylı Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən Qəhrəmanova Aqilə Canhəsən qızı həkimlərin səylərinə baxmayaraq iyulun 17-də Reanimasiya şöbəsində dünyasını dəyişib.
Qəza üç avtomobilin toqquşması nəticəsində baş verib. Yol ilə hərəkətdə olan "Kamaz" markalı qoşqulu yük maşınının sürücüsü sükan arxasında yuxulayaraq öndə gedən digər "Kamaz"a, ən sonda gələn “Mercedes” markalı mikroavtobus isə qoşqulu yük maşınına çırpılıb. Nəqliyyat vasitəsində sürücü ilə birgə ümumilikdə 9 nəfər olub. onlardan 3-ü hadisə yerində ölüb. Daha bir nəfər sonradan xəstəxanada keçinib.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO


























