Banner

Ələtdə iki yük maşını toqquşub, xəsarət alan var - VİDEO

Qəzalar 23 İyul 2025 11:15 Oxunub 578
Ələtdə iki yük maşını toqquşub, xəsarət alan var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Qazel” markalı yük avtomobilin yolun kənarında dayanmış “Ateco” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Qazel” markalı yük avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan Sənan Ağayevi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh