Ələtdəki dəhşətli qəzada ölən və xəsarət alan şəxslərin adları açıqlandı – SİYAHI + VİDEO

“28 may saat 19:00 radələrində Bakı-Qazax yolunun 70-ci kilometrliyində, Ələt qəsəbəsi ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb”.
Bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi Rövşən Tağıyev deyib. “Hadisə Göygöl rayon sakini 1988-ci il təvəllüdlü Ülfət Əşrəfovun idarə etdiyi "Mercedes" markalı 90-SG-844 nömrə nişanlı avtomobilin Bərdə rayon sakini 1987-ci il təvəllüdlü Təbriz Şahbazovun idarə etdiyi "KamAZ" markalı 02-BV-725 nömrə nişanlı yük avtomobilinə çırpılması nəticəsində baş verib.
Nəticədə "Mercedes" markalı avtomobilin sərnişini Goranboy rayon sakini 1983-cü il təvəllüdlü Elnarə Əmrahova hadisə yerində dünyasını dəyişib, sürücüsü isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib”, - deyə R. Tağıyev bildirib.
---10:45---
"Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb".
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 28.05.2024-cü il tarixində saat 19:18-də Ələt qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub:
"Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib. Nəticədə 3 nəfər xəsarət alıb. Xəsarət alandan birinin - 41 yaşlı şəxsin (cinsi qadın) həkiməqədər ölümü qeydə alınıb. Xəsarət alanlardan 36 yaşlı şəxsə (cinsi kişi) döş qəfəsinin küt travması, dodağın çapılmış yarası, 34 yaşlı şəxsə (cinsi kişi) isə qapalı kəllə-beyin travması, sağ qolun sıyrılmış yarası diaqnozu qoyulub və Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunublar. Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan şəxslərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar".
Mənbə: Oxu.az
Tovuzda yük avtomobilləri toqquşdu - VİDEO - YENİLƏNİB
Xaçmazda 3 avtomobil toqquşdu - FOTO - YENİLƏNİB
Yüksək sürət 21 yaşlı gənci öldürdü – 19 yaşlı sürücü ağır qəza törətdi - FOTO - VİDEO
Təhlükəli manevr edən "Prius" sürücüsü hasarı uçurdu; "VAZ" son anda.. - ANBAAN VİDEO
Gürcüstanda qəzada yaralanan azərbaycanlı qız öldü - FOTO
Zaqatalada avtomobil aşdı - Ölən və yaralanan var
Aeroport yolunda TƏHLÜKƏ - Qəfl yola çıxan öküzü maşın vurdu - VİDEO
Bakı-Quba yolunda üç maşın toqquşdu, yaralılar var - VİDEO
Piyadanı vurmamaq üçün manevr edən sürücü maşını supermarketə çırpdı - VİDEO
“Hyundai” sürən 73 yaşlı sürücü 37 yaşlı kişini vurub xəstəxanalıq etdi - VİDEO
Binəqədidə qayda pozan "Prius" sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO











