Əlil avtomobili ağır qəzaya düşdü: 3 yaralı - Salyanda

Salyan şəhərinin mərkəzində 2-ci qrup Qarabağ əlili, Qaradağ rayonunun Ələt qəsəbə sakini 46 yaşlı Şahsuvarov Elçin Abasət oğlunun idarə etdiyi “Naz-Lifan” markalı əlil avtomobili taksi fəaliyyəti ilə məşğul olan VAZ-21015 markalı, Salyan rayonunun Xocalı kənd sakini 45 yaşlı İsmayılov Müşfiq Ramiz oğlunun idarə etdiyi avtomaşınla toqquşub. Avtosfer.az-ın virtualaz.org-a istinadən məlumatına görə, qəza nəticəsində “Naz-Lifan”ın sərnişini, Cəlilabad rayon sakini, 31 yaşlı Hökməliyev İqbal Əlizadə oğlu, sürücüsü Elçin Şahsuvarov və VAZ-21015-in sürücüsü Müşfiq İsmayılov aşağı ətrafların və bel nahiyələrinin əzilməsi diaqnozu ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ












