Elşad Hacıyev yol qəzalarından danışıb səbəbləri AÇIQLADI - VİDEO

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev “CBC FM” radiosunun efirində çıxışı zamanı yol təhlükəsizliyi və valideyn məsuliyyəti ilə bağlı mühüm məqamlara toxunub.
Avtosfer.az xəbər verir ki, Elşad Hacıyevin fikrincə, yüksək sürət və məsuliyyətsiz davranış təkcə qayda pozuntusu deyil, həm də geri dönüşü olmayan faciələrə səbəb olur. Valideynlərin illərlə zəhmətlə böyütdüyü övladların yol qəzalarında həyatını itirməsi cəmiyyət üçün ağır nəticələr doğurur və belə halların heç bir bəraəti yoxdur.
Valideynlər yalnız fərdi vətəndaş kimi deyil, həm də ailə başçısı olaraq övladlarının davranışına, tərbiyəsinə və gündəlik həyatına ciddi nəzarət etməlidirlər. Onun sözlərinə görə, xüsusilə müasir dövrdə sosial şəbəkələrdə yayılan müxtəlif təhlükəli meyillər və “saxta qəhrəmanlıq” obrazları yeniyetmələrin düşüncəsinə mənfi təsir göstərə bilər.
“Bəzən yetkinlik yaşına çatmayan və kifayət qədər təhsil almayan şəxslər sosial mediada gördükləri yanlış nümunələri həyat prinsipi kimi qəbul edirlər. Bu isə həm onların özləri, həm də ətrafdakılar üçün ciddi risklər yaradır”, – deyə o qeyd edib.
DİN rəsmisi əlavə edib ki, valideynlər “mənim övladım belə etməz” yanaşmasından uzaq durmalı, daim diqqətli olmalı və uşaqların davranışlarına nəzarəti gücləndirməlidirlər. Onun fikrincə, yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirmə işləri ailədən başlamalı və cəmiyyətin bütün təbəqələrini əhatə etməlidir.
Eltac Zülfüqaroğlu
Xaçmazda minik avtomobili lokomotivlə toqquşdu - FOTO
Yevlaxda avtomobil aşdı - 10 yaşlı qız öldü - FOTO
Ali Məhkəmədən ŞOK QƏRAR - Piyada ölümünə görə sürücüyə verilən bəraət hökmü ləğv edildi
Bakıda idarəetmədən çıxan “Nissan” dairəyə düşdü - VİDEO
Qazinin öldüyü hadisə ilə bağlı - Yeni detallar
Yuxulu sürücü maşını yük avtomobilinə çırpdı - DYP-dən VİDEO
Yolayrıcında qəza baş verdi; svetofor və digər qurğular yararsız hala düşdü - VİDEO
Cəlilabadda qəza: 13 yaşlı oğlan öldü
Qəzada ölən Orxanın atası keçən ay vəfat edibmiş - FOTO
Qadın sürücü yeniyetmə velosipetçini vurub xəstəxanalıq etdi - VİDEO
Həmin piyadanı vuran şəxs futbolçu imiş - FOTO - VİDEO








