“Embraer” qəzaları: boşana bilməyən pilot 32 nəfəri ölümə götürdü - FOTO

Azərbaycan bu günü ölkəmiz üçün spesifik olmayan xəbərlə açdı. Doğrudur, 90-cı illərdə ölkəmizdə çox sayda aviaqəza olsa da, son 20 ildə ciddi hadisələr baş verməyib. Bunun səbəbi parkın yenilənməsi və pilotların peşəkarlığının artırılmasıdır.
Avtosfer.az xəbər verir ki, Braziliyada istehsal edilən Embraer 190 (E90) təyyarələri etibarlı texnika hesab edilir. ABŞ şirkətləri ilə birgə istehsal edilən təyyarənin ilk uçuşu 2004-cü ildə reallaşıb. 2005-ci ildə bütün sertifikasiyalardan keçən təyyarə bir çox aviaşirkət tərəfindən istismar edilir. 2023-cü ilə olan statistikaya gərə hava gəmisi müxtəlif modifikasiyalarda (E-170, E-175, E-190 və E-195) təxminən 1700 ədəd istehsal edilib. Modeldən asılı olaraq sərnişin tutumu 66 ilə 124 arasında dəyişir.
İctimaiyyətə açıq mənbələrdə olan məlumata görə Aktaudakı da daxil olmaqla E90 təyyarəsinin indiyədək 12 ciddi qəzası qeydə alınıb. Onlardan cəmi dördündə ölüm baş verib. Cəmi bir halda bütün sərnişinlər və uçuş heyəti həlak olub. Bunun səbəbi isə pilotun intiharıdır.
29 noyabr 2013-cü ildə Mozambik Hava yollarına məxsus təyyarənin komandiri ikinci pilot kabinədən çıxdıqdan sonra qapını bağlayıb və təyyarəni qəsdən aşağı endirib. Milli parkın ərazisinə şığıyan təyyarədə olan 33 nəfərin hamısı həlak olub.
Məlum olub ki, gəmi komandirinin qızı 1 il əvvəl intihar edib və o, dəfnə gedə bilməyib. Kiçik qızı isə uçuş vaxtı xəstəxanada ürək əməliyyatı keçirirmiş. Özünün isə boşanma məsələsi 10 ildir davam edirmiş.
Vüqar Yaşaroğlu
Bakıda çox sayda avtomobil qəzası olan küçədən şikayət: AYNA əraziyə baxış keçirəcək - VİDEO
Yanacaq maşını AŞDI; yanğın başladı - VİDEO
Şəhərin mərkəzində əks yola çıxan sürücü ağır qəza törətdi - VİDEO
İndoneziyada yük maşını ilə pikapın toqquşması nəticəsində 11 nəfər öldü
Bakı-Qazax yolunda baş verən avtobus qəzasının SƏBƏBİ AÇIQLANDI - VİDEO
Hacıqabulda avtobus qəzasında xəsarət alanların kimliyi məlum olub – ADLAR - FOTO - VİDEO
DYP Hacıqabulda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb
Yasamalda “Kamaz” “Mercedes”lə toqquşub - FOTOLAR
Hacıqabulda sərnişin avtobusu aşıb, 30-dan çox yaralı var - FOTOLAR
Qaradağda ağır qəza - Ölən və yaralananlar var - FOTOLAR
Bakıda süpürgəçini avtomobil vurdu - Vəziyyəti ağırdı













