Banner

Əmioğlanlarının öldüyü qəzada xəsarət alan şəxsin SON VƏZİYYƏTİ AÇIQLANDI

Qəzalar 21 Noyabr 2025 17:23 Oxunub 258
Əmioğlanlarının öldüyü qəzada xəsarət alan şəxsin SON VƏZİYYƏTİ AÇIQLANDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən gün Ağcabədi rayonunda iki nəfərin həyatını itirməsi ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti məlum olub.

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, noyabrın 20-də, saat 10:00-da baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan iki nəfər (biri kişi, biri qadın olmaqla) xəstəxanaya hospitalizasiya olunub.

"Onlara bədənin müxtəlif nahiyələrinin çox sayda travması diaqnozu təyin edilib. Hazırda 1988-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Xəsarət alan şəxslərdən 1972-ci il təvəllüdlü şəxs (kişi) dərhal əməliyyat edilib. Aparılan bütün reanimasiya tədbirlərinə və həkimlərin səylərinə baxmayaraq, noyabrın 20-da, saat 14:15-də pasiyentin bioloji ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilib.

Xatırladaq ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə nəticəsində həyatını itirən şəxslər qohumdurlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh