Əmioğlanlarının öldüyü qəzada xəsarət alan şəxsin SON VƏZİYYƏTİ AÇIQLANDI

Ötən gün Ağcabədi rayonunda iki nəfərin həyatını itirməsi ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti məlum olub.
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, noyabrın 20-də, saat 10:00-da baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan iki nəfər (biri kişi, biri qadın olmaqla) xəstəxanaya hospitalizasiya olunub.
"Onlara bədənin müxtəlif nahiyələrinin çox sayda travması diaqnozu təyin edilib. Hazırda 1988-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Xəsarət alan şəxslərdən 1972-ci il təvəllüdlü şəxs (kişi) dərhal əməliyyat edilib. Aparılan bütün reanimasiya tədbirlərinə və həkimlərin səylərinə baxmayaraq, noyabrın 20-da, saat 14:15-də pasiyentin bioloji ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə nəticəsində həyatını itirən şəxslər qohumdurlar.
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO











