Ən sol zolaqdan sağa manevr edən sürücü ağır qəzaya düşdü - REAL VİDEO

Xətai rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində qeydə alınan qəza manevr etmə qaydalarını pozmağın nə qədər təhlükəli olduğunu göstərir.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciətində bildirilib.
Qeyd olunub ki, nəqliyyat vasitəsini idarə edərkən düzgün manevr etməmək bəzən ağır yol-nəqliyyat hadisəsi ilə nəticələnir:
"Sürücünün həyatını itirdiyi bu hadisədən başqa sürücülər nəticə çıxarmalıdırlar. Müşahidələr göstərir ki, sürücülərin bir qismi hərəkət zamanı düzgün manevr etmirlər və ya manevr edən zaman sadəcə işıq siqnallarını yandırmaqla, üstünlüyün onlarda olduğunu zənn edirlər. Təəssüflər olsun ki, bununla özləri və digər nəqliyyat vasitələri üçün qəza riski yaradırlar.
Hər bir sürücü “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinə nəzər salmalı, göstərilən qaydalara xüsusi diqqətlə yanaşmalıdır. Belə ki, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır.
Sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Eyni zamanda nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri yollarda qaydalara riayət etməyə və diqqətli olmağa çağırır".
Qeyd edək ki, yol-nəqliyyat hadisəsi nəticəsində 1996-cı il təvəllüdlü Məmmədli Allahverdi Məmməd oğlu hadisə yerində dünyasını dəyişib.
Türkiyədə ağır qəza - Ölənlər var - FOTO
Qubada 3 maşın toqquşdu, biri aşdı - VİDEO - YENİLƏNİB
Avtomobili qaz xəttinə çırpıldı - 160 abonent qazsız qaldı - FOTO
Yük maşınına çırpılan “Chevrolet” dərəyə düşdü - VİDEO
Qadın sürücü zəncirvari qəzaya səbəb oldu, özü isə yaralandı - VİDEO
Ağ şəhərdə avtomobil yol kənarındakı dirəyə çırpıldı - VİDEO
18 yaşlı Aydənin öldüyü hadisənin görüntüləri - VİDEO
Suraxanıda idarəetmədən çıxan “VAZ” ağaca çırpıldı - VİDEO
Zığ yolunda baş verən zəncirvari qəzanın ANBAAN VİDEOsu
Bakıda qəza: “Nissan” bordürə çıxaraq işıq dirəyinə çırpıldı - VİDEO
Toy karvanında həlak olan gənclərin FOTOsu













