Erməni hərbçi qəza törətdi - Ağdam yaxınlığında

Erməni hərbçi yol qəzası törədib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, işğal olunmuş Azərbaycan torpaqlarında xidmət edən hərbçi Valod Şabatyan Ağdam şəhəri yaxınlığında idarə etdiyi "QAZ-24" markalı minik maşınını aşırıb. Nəticədə o, ağır xəsarət alıb. Həkimlər vəziyyətini ağır qiymətləndirirlər.
Xatırladaq ki, rəsmi məlumatlara əsasən, ötən ilin dekabrında erməni hərbçilərin iştirakı ilə bir neçə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, dekabrın 8-də Sünik vilayətində "Lexus" markalı avtomobilin yoldan çıxaraq dərəyə aşması nəticəsində Ermənistan müdafiə nazirinin təhlükəsizlik xidmətinin əməkdaşları - kapitan Aleksan Simonyan və leytenant Armen Musikyan həlak olublar.
Dekabrın 23-də Ararat vilayətinin Yerasx kəndi yaxınlığında təlim-məşq toplantısından Dağlıq Qarabağa geri qayıdan əsgərlərlə dolu avtobus qəflətən alışaraq yanıb. Hadisə nəticəsində xəsarət alan olmasa da nəqliyyat vasitəsi və onun içindəki əmlak, silah-sursat tam yanaraq yararsız hala düşüb.
Nəhayət, dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini general-leytenant Enriko Apriamov və onu müşayiət edən şəxslər yol-nəqliyyat qəzasına düşüblər. Hadisə Yerevan-Artaşat yolu ilə hərəkət edən "Lexus" markalı avtomobilin sürət həddini aşaraq dirəyə çırpılması nəticəsində baş verib. Hazırda E.Apriamovun həkim nəzarəti altında reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir. Hadisə nəticəsində digər xəsarət alanların vəziyyəti barədə heç bir məlumat verilmir.
Maşını hasara çırpdı, sıxılıb içində qaldı - VİDEO
Neftçalada ağır qəza: ölən var
Qadın sürücü "Haval"la piyadanı vurub öldürdü - VİDEO
Şabranda qəza: “Hyundai”la toqquşan “VAZ” yararsız hala düşdü - VİDEO
Sabirabadda qəza: Ölən var
Bakıda iki avtomobil TOQQUŞDU - FOTO
"Kamaz" avtobusa çırpıldı - Binədə ağır qəza - VİDEO
“Azəriqaz”ın sürücüsü qəza törədib qaçdı; vətəndaşa dəyən ziyan ödənmir – ŞİAKYƏT - VİDEO
Qanuna əməl etməməyin sonu ağır qəza ilə bitdi - VİDEO
Salyanda qəza: “Hyundai”la “Opel” toqquşdu - VİDEO
Dəhşətli qəza törədən “Toyota“nın sürücüsü nüfuzlu şəxsin nəvəsi imiş










