Erməni hərbçi qəzaya düşdü: uşağı öldü, özü və arvadı yaralandı

Yerevan-Yeresxavan magistralının 37-ci kilometrliyində Kiçik Vedi kəndinin ərazisində ağır yol qəzası baş verib. Avtosfer.az azvision.az-a istinadən bildirir ki, Araqatsodi vilayətinin Oşakan kənd sakini, 26 yaşlı Mkrtıç Qahramanyanın idarə etdiyi 35 DA 817 nömrəli "Volkswagen Golf" markalı avtomobil aşıb. Qəza nəticəsində sürücü M.Qahramanyan, sərnişin-24 yaşlı Armine Mnatsakanyan müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Vedi tibb mərkəzinə yerləşdiriliblər. Məlumata görə, 2 yaşlı Artaşes Qahramanyan hadisə yerində ölüb. Hadisə şahidlərinin bildirdiyinə görə, uşağın cəsədi maşından təxminən 25 metr aralıda aşkar edilib. Qeyd edilib ki, M.Qahramanyan işğal altında olan Qarabağda düşmən hərbi hissələrindən birində xidmət edir. Ölən uşaq onun oğlu, yaralanan A.Mnatsakanyan isə həyat yoldaşıdır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












