Erməni sürücü maşınla azərbaycanlını vurub qaçdı

Gürcüstanda Ermənistan vətəndaşının idarə etdiyi avtomobil azərbaycanlını vurub. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Yuxarı Saral kəndindən keçən magistral yolda baş verib. Ermənistan vətəndaşının idarə etdiyi avtomobil həmin kəndin sakini Mübariz İsgəndər oğlu Həsənovu vurub. Yuxarı Saral kənd sakini, yazıçı Əli Abbas bildirib ki, hadisəni törədən Ermənistan vətəndaşı qaçmağa cəhd etsə də, həmin yolla hərəkət edən Azərbaycana məxsus avtomobilin sahibi buna mane olub. Belə ki o, erməni sürücünün arxasınca düşərək onu dayandıra bilib. Hadisə yerinə gələn yol patrul xidmətinin əməkdaşları cinayət törədib qaçmağa cəhd edən Ermənistan vətəndaşını saxlayıblar. Qəza nəticəsində ciddi xəsarətlər alan M. Həsənov xəstəxanaya yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, onun vəziyyəti orta ağır olaraq qalır. Hadisə ilə bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












