Əsgər getməyə hazırlaşan gənc yol qəzasında öldü - YENİLƏNİB

İsmayıllıda ağır yol qəzası olubİsmayıllı rayonunda ağır yol qəzası baş verib. Avtosfer.az milliaAz-a istinadən bildirir ki, "VAZ-2106" markalı avtomobillə "Toyota" markalı maşın toqquşub. Ölən və yaralananlar var. "VAZ 2106" markalı avtomobilin sürücüsü ağır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına aparılıb. Sərnişin Şahin Davud oğlu Ramazanov hadisə yerindəcə dünyasını dəyişib. Ş.Ramazanov aprelin 2-də hərbi xidmətə yola düşəcəkdi.
Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı xəbərə görə, İsmayıllı şəhərində "Toyota" və "VAZ" markalı 2 minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Nəticədə "VAZ" markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı avtomobildən çıxarıb və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.
Əməliyyat saat 23:44-də başa çatıb.
Nurlan
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












