Estakadanın uçduğu ərazinin yaxınlığında naməlum kişi meyiti tapıldı

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında ölkə prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Avtosfer.az xəbər verir ki, bu barədə Axtarış-Xilaetmə Qərargahının yaydığı məlumatda bildirilir. Məlumata görə, həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində, bu gün “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçduğu ərazinin yaxınlığında naməlum kişi meyiti aşkar edilib. Tapılan meyitin, itkin düşən neftçilərə aid olub olmaması müəyyənləşdirilir. Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.
Bakıda yük maşınında olan alçıpanlar "Hyundai"ın üzərinə aşdı - VİDEO
Sumqayıtda ZƏNCİRVARİ QƏZA: Altı avtomobil toqquşdu
Balakəndə “KIA” əvvəl avtomobilə, sonra işıq dirəyinə çırpıldı - VİDEO
Yuxulu sürücü əks yola çıxıb qəza törətdi - ANBAAN VİDEO
Lökbatan-Qobu yolunda avtomobil aşıb - VİDEO - YENİLƏNİB
Qaydanı pozan sürücü qəza törətdi: Cərimə günahsız sürücüyə yazıldı - VİDEO
Aeroport yolunda “Opel”lə marşrut avtobusu toqquşdu - VİDEO - YENİLƏNİB
Paytaxtda ağır qəza: Üç avtomobil toqquşdu - VİDEO
Bərdədə zəncirvari qəza: Dörd nəfər xəsarət aldı - FOTO
Gürcüstanda içində turistlərin olduğu avtobus qayadan aşdı: Ölənlər var - FOTO
Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...










