Evakuator məktəblini vurdu

Xaçmaz şəhərində 2 məktəbli-7 yaşlı Məhəmməd Abbasov və Murad Orucov müxtəlif xəsarətlərlə rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə çatdırılıblar. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, Məhəmməd Abbasovu kran tipli evakuator avtomobili vurub. Sol baldır sümüklərinin açıq sınığı diaqnozu ilə şöbəyə yerləşdirilən Məhəmməd Abbasova ilk tibbi yardım göstərilib. "Məktəbdən gələndə eşitdim ki, onu evakuator vurub", - qohumu Nərgiz Abbasova bildirib.
Xaçmaz polis şöbəsindən bildirilib ki, hadisə Xaçmaz şəhərinin Rəşid Behbudov küçəsində qeydə alınıb. İkinci sinif şagirdləri Murad Orucov və Məhəmməd Abbasov velosipedlə gedərkən yıxılıblar. Məhəmməd Abbasovun ayağı yolla gedən, Cəbrayıl rayon sakini Samir Sadıqovun idarə etdiyi kran tipli evakuatorun arxa təkərinə dəyib və sınıb. Velosipeddə olan Murad Orucov da xəsarət alıb və o da hazırda travmatologiya şöbəsində müalicə olunur. Hadisənin baş verməsinin tam səbəbləri araşdırılır.
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO










