Farları yanmayan avtomobil yarış edən motosikletlərə çırpıldı: 2 nəfər həyatını itirdi

Sakaryanın Karasu rayonunda avtomobillə iki motosikletin toqquşması nəticəsində baş verən dəhşətli yol qəzasında 2 nəfər həyatını itirib. Qəza gecə saatlarında Karasu-Akçakoca yolu üzərində, Küçükkarasu ərazisində baş verib.
Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, iddialara görə, far və stop lampaları yanmayan, əcnəbi sürücü A.A.S.-nin idarə etdiyi avtomobil, yarışdıqları deyilən S.G. və B.G.-nin idarə etdiyi iki motosikletə çırpılıb.
Toqquşmanın təsiri ilə avtomobil yoldan çıxaraq əraziyə aşıb. B.G.-nin sürdüyü motosikletdə yanğın baş verib, S.G.-nin motosikleti isə iki yerə bölünüb. Qəza nəticəsində motosiklet sürücüləri və avtomobildəki bir uşaq xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım, polis və xilasetmə qrupları cəlb olunub.
Təcili tibbi yardım briqadası S.G.-nin hadisə yerində həyatını itirdiyini müəyyənləşdirib. Yaralılar – A.A.S., M.A.S. və B.G. Karasu və Kocaali dövlət xəstəxanalarına aparılıb. Yaralılardan Ahmad Al Salih isə həkimlərin bütün səylərinə baxmayaraq vəfat edib.
Hadisə ilə bağlı araşdırma aparılır.(sonxeber.az)
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












