Fəhlələri daşıyan mikroavtobus aşdı - Yaralanan var

Bakı-Hacıqabul yolunda qəza baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən ans press-ə verilən məlumata görə, hadisə Bakı-Hacıqabul yolunun 17-ci kilometrliyində, Qaradağ rayonu ərazisində qeydə alınıb.
Sürücüsü hələlik istintaqla müəyyən edilməyən 10- VN- 463 dövlət nömrə nişanlı "Hundai" markalı sərnişin mikroavtobusu paytaxt istiqamətində hərəkətdə olarkən, 90- GT- 926 dövlət nömrə nişanlı "Mercedes Vito" markalı sərnişin mikravtobusu onu arxadan vurub. Qəza zamanı "Hundai" markalı sərnişin mikroavtobusu yoldan çıxaraq iki dəfə fırlanıb və yolun kənarına aşıb. Hadisə nəticəsində Bakı şəhəri, Xətai rayon sakini, 1964-cü il təvəllüdlü Natiq Məmməd oğlu Əzizov ağır bədən xəsarətləri ilə dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb. Xəstəxandan yaralının reanimasiya şöbəsinə yerləşdirildiyini və vəziyyətinin ağır olduğunu bildiriblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, "Hundai" markalı sərnişin mikroavtobusu yerli şirkətlərdən birinə məxsus olub və fəhlələri işə aparırmış. Qəza zamanı yolda bir müddət tıxac yaranıb.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












