“Fiat” kartof yüklü TIR-a arxadan çırpıldı – 5 ölü, 1 ağır yaralı - VİDEO

Türkiyədə iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Mersin-Tarsus-Adana-Pozantı avtomobil yolunun Damlama ərazisində keçən hissəsində qeydə alınıb.
Məlumata görə, 27-BTB-95 dövlət qeydiyyat nişanlı “Fiat” markalı avtomobil, 63-ACP-670 dövlət qeydiyyat nişanlı kartof yüklü TIR-a arxadan çırpılıb. Zərbənin təsirindən avtomobilin ön hissəsi yük maşınının altın girərək deformasiyaya uğrayıb.
Ətrafdakı sürücülərin xəbər verməsindən sonra hadisə yerinə xilasetmə, polis və təcili tibbi yardım briqadasının əməkdaşları gəlib.
Qəza nəticəsində 5 nəfər ölüb, 1 nəfər isə ağır xəsarətlər alıb. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












