“Ford”la “KAMAZ” toqquşdu - Xəsarət alan var - VİDEO

Goranboy rayonu, Goran qəsəbəsi ərazisində, Bakı-Qazax avtomobil yolunun 318-ci kilometrliyində yol-nəqliyyat qəzası baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Hadisə yerinə dərhal nazirliyin Aran Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” və “KAMAZ” markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Ford” markalı avtomobilin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 1990-cı il təvəllüdlü Arzu Qərib oğlu Cəfərovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
***11:23
Goranboyda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Goran qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə "Ford" markalı yük avtomobili "KAMAZ" markalı yük avtomobilinə arxadan çırpılıb. Qəza zamanı "FORD" deformasiya uğrayıb. Dərhal hadisə yerinə FHN-nin Aran Regional Mərkəzinin Xususi Xilasetmə Hissəsinin xilasediciləri cəlb edilib.
Avtmobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1990-cı il təvəllüdlü A.Cəfərov xilasediciləri tərəfindən çıxarılıb. Xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər - VİDEO - YENİLƏNİB
Şamaxıda yük maşını aşdı: 9 ton meyvə ətrafa dağıldı - VİDEO
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - VİDEO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO












