Banner

"Formula 1" pilotunun avtomobili alovlandı - VİDEO

Qəzalar 12 Dekabr 2020 00:12 Oxunub 1234
"Formula 1"  pilotunun avtomobili alovlandı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Formula 1" üzrə Abu Dabi Qran-prisinin ikinci sərbəst yürüşləri zamanı "Alfa Romeo" pilotu Kimi Raykkonenin avtomobili yanıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə nəticəsində yürüş bir müddət dayandırılıb. Finlandiyalı sürücü bolidini dayandıraraq, çölə problemsiz çıxıb. Onun həyatı üçün təhlükə yoxdur. Müəyyən fasilədən sonra yürüş davam etdirilib.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən mövsümün son Qran-prisində ikinci sərbəst yürüşün qalibi "Red Bull" pilotu Maks Ferstappen olub. "Mercedes"dən Valtteri Bottas ikinci, "Renault"dan Esteban Okon üçüncü yeri tutub. Son sərbəst yürüş və təsnifat mərhələsi dekabrın 12-də, yarış dekabrın 13-də olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh