Formula 1 üzrə Avropa Qran Prisinin səfiri qəzaya düşüb
Qəzalar
21 Mart 2016 01:32

Yürüş qırmızı bayraqlarla dayandırılıb
Formula 1 üzrə Avstraliya Qran Prisinin 18-ci dövrəsində ciddi qəza baş verib. "Report"un məlumatına görə, yürüş qırmızı bayraqlarla dayandırılıb. "Maklaren" pilotu, ispaniyalı Fernando Alonso "Zauber"dəki həmkarı, meksikalı Esteban Qutyerresi ötməyə çalışarkən, öz avtomobilini əzib. Maşın trasdan kənara uçaraq, hasara dəydikdən sonra çevrilib və təkərləri yerindən çıxıb. Alonsonun özü zədələnməyib. Yürüşə nəzarət edən şəxslər qəzanın nəticələrinin aradan qaldırılması üçün Qran Prini qırmızı bayraqlarla dayandırmağı qərara alıblar. Bir müddət sonra yürüş bərpa olunub. Hazırda "Ferrari" pilotu Sebastyan Fettel irəlidədir.
Qeyd edək ki, Fernando Alonso 17 - 19 iyunda Bakıda keçiriləcək Avropa Qran Prisinin səfiridir.
Oxunub : 1539
DİGƏR XƏBƏRLƏR
12 Oktyabr 2026 17:50
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
12 Oktyabr 2026 17:00
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
12 Oktyabr 2026 13:26
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
12 Oktyabr 2026 10:00
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
12 Oktyabr 2026 09:53
İki qadını maşın vurub ÖLDÜRDÜ
12 Oktyabr 2026 08:33
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
11 Oktyabr 2026 21:49
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
11 Oktyabr 2026 18:22
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
10 Oktyabr 2026 22:00
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
10 Oktyabr 2026 18:45
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
10 Oktyabr 2026 18:11
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
10 Oktyabr 2026 17:36
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
ŞƏRH YAZ












