Banner

Fransanın şimalında qatar qəzası: 44 nəfər xəsarət aldı

Qəzalar 12 Sentyabr 2026 18:11
Fransanın şimalında qatar qəzası: 44 nəfər xəsarət aldı
WhatsApp kanalımıza abunə olun

Fransanın şimal bölgəsində sərnişin qatarının bir neçə vaqonu relsdən çıxıb. Hadisə nəticəsində 44 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sərnişinlərdən birinin vəziyyətinin ağır olduğu bildirilir və o, dərhal xəstəxanaya çatdırılıb.

Avtosfer.az-ın BFMTV telekanalına istinadən verdiyi məlumata görə, sözügedən qatar Ruan şəhərindən Kan istiqamətində hərəkət edirmiş.

Polisdəki mənbələrin telekanala bildirdiyinə əsasən, dəmiryolu nəqliyyatı vasitəsi naməlum obyektlə toqquşub. Toqquşma nəticəsində bir vaqon aşıb, daha dördü isə relsdən çıxıb. Yerli hakimiyyət orqanları qəzanın başvermə səbəbləri barədə hələlik rəsmi açıqlama verməyib.

Oxunub : 220
ŞƏRH YAZ
Ad

E-mail

Şərh