Banner

Füzuli Mərkəzi Rayon Xəstəxanasının qarşında yol qəzası olub - VİDEO

Qəzalar 15 Sentyabr 2022 16:44 Oxunub 1216
Füzuli Mərkəzi Rayon Xəstəxanasının qarşında yol qəzası olub - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Füzuli rayonunda “VAZ 2106” markalı avtomobillə KİA markalı maşın toqquşub.

Avtosfer.az xəbər verir ki, hadisə Füzuli Mərkəzi Rayon Xəstəxanasının qarşında baş verib. Qəzanın baş verməsinə KİA markalı avtomobil hərəkətdə olarkən qarşındakı maşının sürücüsünün gözlənilmədən əyləci basması səbəb olub.

KİA-nın sürücüsü qəzadan yayınmaq üçün avtomobili yolun qarşı istiqamətinə çıxarsa da, əks yolla hərəkətdə olan “VAZ 2106” ilə toqquşub.

Hadisə nəticəsində Füzuli rayonu “Qayıdış 7” qəsəbəsinin sakini, 1984-cü il təvəllüdlü Vüsal Nazim oğlu Nəcəfov və Beyləqan rayonunun Mil qəsəbəsinin sakini, 1982-ci il təvəllüdlü Fariz Gülverdi oğlu Rzayev xəsarət alıblar.

Yaralılar Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Fariz Rzayevin vəziyyəti ağır olduğu üçün Bakıya göndəriləcəyi gözlənilir.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh