Füzulidə ağır QƏZA: Bir nəfər öldü, dörd nəfər... - YENİLƏNİB

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi detallar məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, avtoqəza ötən gün saat 17 radələrində Hacıqabul-Mincivan avtomobil yolunun Kərimbəyli kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, 1981-ci il təvəllüdlü Mübariz Famil oğlu Hacıyevin idarə etdiyi "QAZel" markalı yük avtomobili 1987-ci il təvəllüdlü Bakir Yunis oğlu Qardaşxanovun idarə etdiyi "Mercedes" markalı minik maşını ilə toqquşub.
Hadisə nəticəsində minik avtomobilində olan 1981-ci il təvəllüdlü, Beyləqan rayonu sakini Tərgül Allahyar qızı Mirzəyeva hadisə yerində həyatını itirib. Qəza zamanı daha dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Füzuli Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, fevralın 16-da, saat 17:30-da Füzuli rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan altı nəfər (dördü kişi, ikisi qadın olmaqla) xəstəxanaya hospitalizasiya olunublar:
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub. Xəsarət alan şəxslərdən 2002-ci il təvəllüdlü şəxs (kişi) Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.
Dörd nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar. Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 1981-ci il təvəllüdlü şəxsin (qadın) bioloji ölüm faktı qeydə alınıb".
***11:26
Füzuli Rayon Mərkəzi Xəstəxanası hadisə barədə məlumat yayıb. Bildirilib ki, fevralın 16-sı saat 17:30 radələrində baş verən yol qəzası səbəbilə xəsarət alan 6 nəfər (4-ü kişi, 2-si qadın olmaqla) xəstəxanaya hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsayılı travması diaqnozu təyin olunub.
Xəsarət alan şəxslərdən 2002-ci il təvəllüdlü şəxs (kişi) Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.
4 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 1981-ci il təvəllüdlü şəxsin (qadın) bioloji ölüm faktı qeydə alınıb.
***
Füzuli rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndi ərazisində qeydə alınıb.
Belə ki, "QAZel" markalı yük avtomobili ilə "Mercedes" markalı minik avtomobili toqquşub.
Nəticədə minik avtomobilində olan 44 yaşlı Beyləqan rayon sakini Tərgül Allahyar qızı Mirzəyeva hadisə yerində həlak olub.
"Mercedes"in sürücüsü Bakir Qardaşxanov və onun sərnişinləri - Sərvan Mahmud oğlu Qalsanov, Rauf Vüqar oğlu Ağalarzadə və Brilyant Təbriz qızı Atakişiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Maşının qarşısına it çıxdı; mühəndis qəza törətdi - FOTOLAR
Abşeronda "Mercedes"lə toqquşan "BYD" aşdı - VİDEO
Aeroport yolunda qəribə QƏZA - VİDEO
Təcili yardım maşını “Lexus”la toqquşdu; həkimlər və xəstə xəstəxanalıq oldu - VİDEO
Dostunun qəzada ölümünü anbaan lentə aldı - REAL VİDEO
Bakıda "Lexus" 5 maşını əzdi - FOTO
Bakı-Quba yolunda yük maşınları toqquşdu, toyuqlar kütləvi şəkildə məhv oldu - VİDEO
Qusarda qəza: Yük maşınıyla toqquşan “Nissan” aşdı - VİDEO
Sürücünün anidən "tormoz" verməsi qəzaya səbəb oldu - ANBAAN VİDEO
Qəzada ölən Vahid bu kollecin tələbəsi imiş - FOTO
Naxçıvanda avtomobil işıq dirəyinə çırpıldı - Xəsarət alanlar var - FOTO











