Banner

Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB

Qəzalar 14 Noyabr 2026 14:45
Füzulidə iki maşın toqquşdu - 3 ölü  - FOTO  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Noyabrın 13-ü saat 23 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində rayon sakinləri Seymur İsmayılovun idarə etdiyi “Opel” və Mustafa Musayevin idarə etdiyi “VAZ-2104” markalı avtomobillər toqquşub.

DİN-dən Avtosfer.az-a bildirilib ki, qəza nəticəsində “Opel”in sürücüsü və iki sərnişini hadisə yerində dünyasını dəyişib.

Həmin avtomobilin digər iki sərnişini, həmçinin “VAZ-2104”ün sürücüsü və sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, xüsusilə gecə saatlarında sürəti yol və görünmə şəraitinə uyğun seçməyə, ara məsafəsi saxlamağa və manevrlər zamanı diqqətli olmağa çağırır. Yorğun və yuxusuz halda avtomobil idarə etməkdən çəkinmək, diqqəti yoldan yayındırmamaq, sürücü və sərnişinlərin təhlükəsizlik kəmərlərindən istifadəsini təmin etmək vacibdir. Hər bir sürücü özünün və daşıdığı sərnişinlərin həyatı üçün məsuliyyət daşıdığını unutmamalıdır.

***09:11

Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub. Hadisə zamanı “Opel”in 1987-ci il təvəllüdlü sürücüsü Seymur Pəhləvan oğlu İsmayılov, eləcə də avtomobildə olan sərnişinlər - 2009-cu il təvəllüdlü Turan Elcan oğlu Əsgərov və Əhəd Nəsimi oğlu Heydərzadə hadisə yerində həyatlarını itiriblər.

Qəza nəticəsində “VAZ-2104”ün 1965-ci il təvəllüdlü sürücüsü Mustafa Həsənqulu oğlu Mustafayev və onun 1998-ci il təvəllüdlü qızı Rəmziyə Mustafa qızı Mustafayeva ağır xəsarət alıblar.

Digər avtomobildə olan sərnişinlər - 2009-cu il təvəllüdlü Ramazan Elnur oğlu Cəfərov və 2010-cu il təvəllüdlü Rəvan Elnur oğlu Abbaszadə da ağır xəsarətlə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma davam etdirilir.

***

TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Füzuli rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər (3 kişi, 1qadın) 13 noyabr saat 23:20 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyyələrinin çox saylı travmaları diaqnozu təyin edilib. Xəsarət alan şəxslərdən 1 nəfəri Cərrahiyyə şöbəsində, 3 nəfəri isə Reanimasiya şöbəsində müalicə alır. Xəsarət alan şəxslərdən 2-nin vəziyyəti ağır, 2-nin vəziyyəti isə orta-ağır qiymətləndirilir.

 

 

Oxunub : 620
ŞƏRH YAZ
Ad

E-mail

Şərh