Gədəbəyə işə gedən müəllimlərin mikroavtobusu aşdı - FOTO - YENİLƏNİB

Gədəbəy rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına 17 nəfər müraciət edib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlardan 6 nəfərin xəsarətləri yüngül olduğundan onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Xəsarət alan 11 nəfər isə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanaya yerləşdirilən 11 nəfərdən altısı Şəmkir Rayon Mərkəzi Xəstəxanasına tibbi müayinədən keçmək üçün göndərilib.
Hazırda xəsarət alanların vəziyyəti normaldır, reanimasiya şəraitində müalicə olunan yoxdur.
***09:41
Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki hərəkətdə olan "Mercedes "markalı mikroavtobusla "VAZ" markalı minik maşını toqquşub. Qəzada sonra mikroavtobus yolun kənarına aşıb. Qəza zamanı 8 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirililib.
Məlumata görə, qəzaya düşən mikroavtobus müəllimləri Gəncədən Gədəbəyə işə aparırmış. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO













