Gənc oğlan atasına məxsus avtomobili yandırıb - Şəkidə

Şəkidə 20 yaşlı oğlan ailə münaqişəsi zəminində atasına məxsus avtomobili yandırıb. Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən apa-nın Şəki-Zaqatala bürosuna bildirilib ki, avqustun 23-dən 24-ə keçən gecə Şəki şəhəri S. Mumtaz küçəsində “CHRYSLER” markalı minik avtomobilində yanğın baş verib. Hadisə yerinə FHN-nin Şəki rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanaraq yararsız hala düşüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Aparılan ilkin araşdırma zamanı məlum olub ki, rayonda maşın alqı-satqısı ilə məşğul olan Şəki şəhər sakini Eyvaz Nizami oğlu Əsgərov istifadəyə yararsız vəziyyətdə olan avtomobili bir-neçə gün əvvəl alıb. Eyvaz Əsgərovun 20 yaşlı oğlu Peyman ilə aralarında olan ailə münaqişəsi zamanı Peyman atasından acıq çıxmaq məqsədi ilə avtomobilə od vurub.
Faktla bağlı araşdırma aparılır.
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO












