Gənc sürücü “07” ilə park edilmiş maşını və avtobusu əzdi - ANBAAN VİDEO

Qəzalar 11 İyul 2024 13:00 Oxunub 2906
Gənc sürücü “07” ilə park edilmiş maşını və avtobusu  əzdi  - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Abşeron rayonu Nübar qəsəbəsində baş vermiş zəncirvari qəza anbaan müşahidə kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 4-də saat 01:55 radələrində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı avtomobil park edilmiş “Nissan” markalı maşınla, o isə öz növbəsində “Isuzu” markalı sərnişin avtobusuyla toqquşub. Qəzaya səbəb yüksək sürət həddi olub. Hadisə zamanı hər üç nəqliyyat vasitəsi sıradan çıxıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. 

Qeyd edək ki, qəzaya səbəb olan "VAZ" markalı avtomobilin sürücüsü hadisənin görüntüsünü sosial şəbəkə hesabında paylaşaraq qarşı tərəflərə 3800 manat maddi zərər ödədiyini bildirib.

Nərmin

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh