Gəncədə AĞIR QƏZA: Kuryer həyatını itirdi - FOTO - YENİLƏNİB

Gəncə şəhərində baş verən yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə saat 23:00-da baş verib.
Qəzaya düşən "Toyota Land Cruiser" markalı, 20-DA-444 dövlət nömrə nişanlı avtomobilin sükanı arxasında Samux rayon sakini, 1990-cı il təvəllüdlü Ceyhun Rəhim oğlu Əliyev, həyatını itirən moped sürücüsü isə Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü Amin Vidadi oğlu İsmayılov olub.
Hadisədə xəsarət alan olmayıb. Qəzanın ilkin səbəbləri araşdırılır.
***23:55, 23 iyun
Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, qəza şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan minik avtomobili ilə moped toqquşub. Qəza nəticəsində mopedin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.



Ucarda ard-arda iki “Chevrolet” qəzaya düşdü - VİDEO
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO
İki rayonda piyadaları maşın vurub öldürdü - ANBAAN VİDEO
Qoyun daşıyan yük maşını yolun ortasına aşdı - VİDEO
Əhməd Rəcəblidə AĞIR QƏZA: Avtomobillərə ciddi ziyan dəydi - VİDEO
Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu - VİDEO
Naxçıvanda qəza: 6 nəfər xəsarət alıb - FOTO
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO












