Gəncədə ağır yol qəzası baş verdi - FOTO - YENİLƏNİB

Gəncədə baş verən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, şəhərin 1-ci mikrorayonunda Vaqif küçəsində hərəkətdə olan "Toyota" markalı minik avtomobili idarəetməni itirərək yoldan çıxıb.
Nəticədə avtomobil yol kənarındakı işıq dirəyinə, mağazaya və hərəkətsiz vəziyyətdə dayanmış iki digər minik avtomobilinə – "Chevrolet" və "Mercedes-ə" çırpılıb. Zərbənin təsirindən "Toyota" yol kənarına aşıb.
Qəza zamanı Toyota-nın sürücüsü, Şirvan şəhər sakini, 1989-cu il təvəllüdlü Tural Qənbərov xəstəxanaya aparılarkən yolda ölüb.
Qeyd edək ki, həyatını itirən Tural Qənbərov III MDB Oyunlarının Gəncə üzrə meneceri olub.
Faktla bağlı araşdırma aparılır.
***
Gəncədə ağır yol qəzası baş verib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin 1-ci mikrorayon ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Chevrolet" markalı minik avtomobili ilə "Toyota" toqquşub.
Qəza nəticəsində bir nəfər - 1989-cu il təvəllüdlü Tural Qənbərov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub və faktla bağlı araşdırma aparılır.
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB














