Gəncədə ağır yol qəzasında 3 nəfər öldü - Yaralılar var

Gəncənin qərb çıxacağında ağır yol nəqliyyat qəzası baş verib. İlkin məlumata əsasən, “VAZ 2106” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə ağır bədən xəsarətləri alıb. Xəsarət alanlar "Mercedes" markasında olan Şəmkir rayon Seyfəli kənd sakinləri, 1987-ci il təvəllüdlü Rəşad Namazov, 1992-ci il təvəllüdlü Ricat Qafarov, 1989-cu il təvəllüdlü Pərviz Mahmudov, 1985-ci il təvəllüdlü Vüsal Əhmədov və 1987-ci il təvəllüdlü Nicat Zeynalovdur. Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir. Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
***
Gəncə-Şəmkir yolunun Gəncə Beynəlxalq Hava Limanına yaxın ərazisində baş verən ağır yol qəzasında ölən hər 3 nəfərin şəxsiyyəti məlum olub. "Report"un məlumatına görə, bu, "VAZ-2106"da olan 1960-cı il təvəllüdlü Hüseynov Rafiq İmran oğlu və 1992-ci il təvəllüdlü Gədəbəy rayon sakini Ələkbərov Nicat Əliağa oğludur.
***21:58
Şəmkirdə baş vermiş ağır yol qəzasında ölənlərin sayı 3 nəfərə çatıb, 4 nəfər yaralanıb. Qəza 90-DC-183 dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobillə dövlət nömrə nişanı 57-BZ-077 olan "Volkswagen Passat" markalı maşının toqquşması nəticəsində baş verib. Nəticədə "VAZ"da olan 2 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanada ölüb, daha 4 nəfərin isə vəziyyəti ağırdır. Xəstəxanada ölən şəxs 1985-ci il təvəllüdlü Əhmədov Vüsal Ramiz oğludur.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Balakəndə “KIA” əvvəl avtomobilə, sonra işıq dirəyinə çırpıldı - VİDEO
Yuxulu sürücü əks yola çıxıb qəza törətdi - ANBAAN VİDEO
Lökbatan-Qobu yolunda avtomobil aşıb - VİDEO - YENİLƏNİB
Qaydanı pozan sürücü qəza törətdi: Cərimə günahsız sürücüyə yazıldı - VİDEO
Aeroport yolunda “Opel”lə marşrut avtobusu toqquşdu - VİDEO - YENİLƏNİB
Paytaxtda ağır qəza: Üç avtomobil toqquşdu - VİDEO
Bərdədə zəncirvari qəza: Dörd nəfər xəsarət aldı - FOTO
Gürcüstanda içində turistlərin olduğu avtobus qayadan aşdı: Ölənlər var - FOTO
Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...
Tunelin çıxışında zəncirvari qəza: Üç avtomobil bir-birinə çırpıldı - VİDEO
12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış - VİDEO










