Banner

Gəncədə avtomobil elektrik dirəyinə çırpılıb, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Qəzalar 5 Avqust 2023 10:00 Oxunub 940
Gəncədə avtomobil elektrik dirəyinə çırpılıb, ölən və xəsarət alanlar var - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişənin şəxsiyyəti məlum olub.

Avtosfer.az-ın məlumatına görə, "Toyota" markalı avtomobilin idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılması nəticəsində ölən şəxsin 1989-cü il təvəllüdlü Emil Abdullayev olduğu müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.

08:23

Gəncədə avtomobil elektrik dirəyinə çırpılıb, ölən və xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Atatürk prospektində qeydə alınıb.

"Toyota" markalı avtomobilin idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılması nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, daha 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh