Gəncədə baş verən ağır qəzada xəsarət alanların vəziyyəti AÇIQLANDI

Dünən Gəncədə mikroavtobusla minik maşınının toqquşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, fevralın 2-də saat 19:00-da Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan müəssisələrə 5 nəfər hospitalizasiya olunub:
"Abbas Səhhət adına xəstəxanaya yerləşdirilən 2 nəfərə (kişi cinsli) zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti qənaətbəxş olan 1 nəfər ambulator müalicə üçün evə buraxılıb, qapalı kəllə-beyin, sol qolun yerdəyişmiş sınığı diaqnozu təyin edilən 1 nəfərin müalicəsi isə reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır. Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya isə 3 nəfər (qadın cinsli) yerləşdirilib".
Bildirilib ki, zəruri tibbi yardım göstərilən, vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Xatırladaq ki, dünən Gəncədə hərəkətdə olan VAZ markalı minik maşını ilə "Mercedes-Benz" markalı mikroavtobus toqquşub.
Hadisə nəticəsində 1992-ci il təvəllüdlü J.Zeynalova, 1973-cü il təvəllüdlü M.Abbasova, 1964-cü il təvəllüdlü Z.Orucova və daha iki nəfər xəsarət alıblar.
Şəmkirdə idarəetmədən çıxan maşın beton arakəsməyə çırpıldı - VİDEO
Bakıda qəza: Avtobus 3 maşını əzib SOCAR-ın binasına çırpıldı - VİDEO - YENİLƏNİB
Ağır QƏZA: SÜRÜCÜ ÖLDÜ - FOTO - YENİLƏNİB
İsmayıllıda qəzada həlak olan iş adamının FOTOsu
Göygöldə AĞIR QƏZA: Ölən və yaralananlar var - YENİLƏNİB
Kayseridə sərnişin avtobusu yanacaq daşıyan tankerlə toqquşdu: 38 yaralı
Hava limanı yolunda zəncirvari qəza - Üç maşın toqquşdu - VİDEO
Anasının gözləri qarşısında maşın vurub öldürdü - VİDEO
Bu gün yeni restoranının açılışı olacaqdı; qəzada ÖLDÜ - FOTO
Dəhşətli QƏZA: ÖLƏN VAR
Bakının mərkəzində AĞIR QƏZA: 32 yaşlı kişi ÖLDÜ










