Gəncədə baş verən avtoqəzada xəsarət alan şəxslərin vəziyyəti açıqlandı - VİDEO - YENİLƏNİB

Gəncədə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Gəncə şəhərində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə avqustun 1-i, saat 19:20-də Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrinə altı nəfər (üçü qadın cinsli, üçü kişi cinsli) hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə Akademik Z.Məmmədov adına xəstəxananın və Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbələrində zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar",- deyə məlumatda bildirilir.
***
Gəncədə avtomobillər toqquşub, xəsarət alanlar var.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, VAZ-2106 və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində, 1968-ci il təvəllüdlü Ş.Nəsibov, 1986-cı il təvəllüdlü E.Sadıxov və bir qadın, həmçinin iki azyaşlı xəsarət alıblar.
Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.
Xatırladaq ki, yol-nəqliyyat hadisəsi şəhərin Nizami Gəncəvi prospektindən qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO











