Gəncədə idarəetmədən çıxan “Mercedes” aşdı - VİDEO
Qəzalar
2 Dekabr 2025 20:30
Oxunub 210

Gəncə şəhərində yol qəzası baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında Əziz Əliyev küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan 20-EZ-642 dövlət nömrə nişanlı “Mercedes” markalı maşın idarəetmədən çıxaraq qəzaya düşüb. Şahidlərin iddiasına əsasən, qəza sürücünün döngəyə sərt daxil olması səbəbindən baş verib. Nəticədə avtomobil aşaraq tamamilə yararsız vəziyyətə düşüb, sürücü yüngül bədən xəsarətləri alıb.
Qeyd edək ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qəzalı maşın ərazidən kənarlaşdırılıb.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













