Gəncədə iki avtomobil toqquşdu, piyada xəsarət aldı - YENİLƏNİB

Gəncədə baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (qadın) 28.03.2026-cı il tarixində saat 10:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Avtosfer.az-a TƏBİB-dən məlumat verilib.
Qeyd olunur ki, bud çanaq nahiyəsinin dəqiqləşdirilməmiş travması, alın nahiyəsinin hematoması və sağ topuğun daxili səthinin sıyrılmış yarası diaqnozları təyin olunan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda onların müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabildir.
***
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, qəza şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan “KIA” və “Chevrolet” markalı minik avtomobilləri toqquşub.
Toqquşma nəticəsində avtomobillərdən biri idarəetmədən çıxaraq yol kənarında olan piyadanı vurub. Hadisə zamanı bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Qəza yerinə polis əməkdaşları cəlb olunub və faktla bağlı araşdırma aparılır.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












