Banner

Gəncədə “Mercedes” sürücüsü qabağına keçən maşınları vurdu - VİDEO

Qəzalar 11 İyun 2025 17:00 Oxunub 326
Gəncədə “Mercedes” sürücüsü qabağına keçən maşınları vurdu    - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza iyunun 11-də gecə saatlarında Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil öncə “Mercedes” markalı maşınla toqquşub. Daha sonra isə  “Chevrolet Cruze” və “VAZ-2107” markalı maşınları vurub. Hadisə zamanı nəqliyyat vasitələri sıradan çıxsa da ciddi xəsarət alan olmayıb.

Qeyd edək ki, faktla bağlı araşdırma davam edir. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh