Cəlilabadda 23 yaşlı qız dəm qazından boğularaq öldü
Hadisə
6 Yanvar 2026 09:16
Oxunub 228

Cəlilabad rayonunda 23 yaşlı qız dəm qazından boğularaq ölüb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Cəlilabad rayonunun Üçtəpə kəndində baş verib.
Belə ki, kənd sakini, 2003-cü il təvəllüdlü Şükran Sakit qızı İsayeva yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək həyatını itirib.
Meyit daxili və xarici müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
ŞƏRH YAZ













